IQNA

Marneulidə `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi (Foto)

10:34 - November 10, 2015
Xəbər sayı: 3446527
Tehran(İQNA) – İki gün öncə Gürcüstanın şeherində Marneulidə `Qəm qəhrəmanı Zeynəb (s.ə)` adlı şəbih göstərildi.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Maide.az-a istinadla verdiyi xəbərə görə, Gürcüstanın Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və "Zeynəb (s.ə)" Qadınlar Birliyinin təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində "Qəm qəhrəmanı Zeynəb (s.ə)" adlı şəbih göstərilib.

İlk öncə Elçin Daşdanzadə Əhli-Beyt (ə) sevərləri salamlayıb və Hacı Hikmət Qurandan bir neçə ayə tilavət edib.

Bakı şəhərindən dəvət olunmuş "Kövsər" və "Cəfəri-Muminun" ilahi nəğmələr qruplarının səhnələşdirdiyi şəbih tamaşasından öncə ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu çıxış edib. Məharətlə canlandırılan şəbih tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb.

captcha